• Bakı 25° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Pakistanda musson yağışlarının yaratdığı fəlakət güclənir

DÜNYA

02 Sentyabr 2025 | 12:11

Pakistanda musson yağışlarının yaratdığı fəlakət güclənir

Pakistanda musson yağışlarının yaratdığı fəlakət güclənir.

Bakıvaxtı.az bu barədə "Dawn" qəzetinin məlumatına istinadla xəbər verir.

Belə ki, avqustun 23-dən bəri Pəncab əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 41-ə çatıb, 8 nəfər yaralanıb.

Rəsmilərin məlumatına görə, təxminən 2,4 milyon insan zərər çəkib, 900 mindən çox sakin təhlükəsiz ərazilərə köçürülüb.

Diqqətə çatdırılıb ki, ən ağır vəziyyət Kamaliya rayonunda qeydə alınıb, burada 80-dən çox kənd su altında qalıb.

Hakimiyyət orqanları axtarış-xilasetmə işlərini gücləndirib və daşqınların davam edəcəyi barədə xəbərdarlıq edib.

Əli Hüseynov


SON XƏBƏRLƏR