• Bakı 30° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Rusiya yeni reallıqlarla barışmalıdır: Moskvanın Bakı-İrəvan danışıqlarında söz hüququ yoxdur

SİYASƏT

03 Sentyabr 2025 | 10:49

Rusiya yeni reallıqlarla barışmalıdır: Moskvanın Bakı-İrəvan danışıqlarında söz hüququ yoxdur

"Rusiya faktiki olaraq 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatdan istifadə edərək yenidən bölgəyə nəzarəti öz əlində saxlamağa çalışır".

Bu barədə politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib.

Ekspert vurğulayıb ki, Moskva Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla Bakıya təzyiq göstərə biləcəyini düşünür:

"Zəngəzur dəhlizi ilə bağlı məsələ məhz üçtərəfli bəyanatda əks əksini tapmışdı. Eyni zamanda Qarabağda artıq ləğv edilmiş "boz zona"larda rusların hərbi varlığını, keçmiş "Laçın dəhlizi" və s.məsələləri gündəmə gətirməyi düşünür. Digər tərəfdən Ermənistana təzyiq göstərir. İrəvana təzyiq etməklə Zəngəzur dəhlizinə nəzarəti əlinə almaq istəyir. Azərbaycan, ABŞ və Ermənistan arasında imzalanmış birgə bəyanatına zidd olaraq dəhlizdə öz əsgərlərini yerləşdirmək istəyir. Daha doğrusu, Rusiya üçtərəfli bəyanatı xüsusi vurğulamaqla Vaşintqon görüşünün əhəmiyyətini azaltmağa çalışır".

Analitik qeyd edib ki, Nikol Paşinyan üçtərəfli bəyanatın qüvvədən düşməsini bildirməklə göstərdi ki, artıq Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın heç bir hüququ yoxdur.

Turab Rzayev: Rusiyanın Azərbaycan və Ermənistana təzyiq üçün əlində heç bir əsas qalmayıb

Onun sözlərinə görə, həmçinin, Ermənistan rəhbərliyi göstərir ki, İrəvan-Bakı arasında gedən sülh və normallaşma prosesi ilə bağlı Moskvanın söz hüququ yoxdur:

“Rusiya monopoliyanı itirib. Ona görə də Kreml yeni reallıqla barışmalı və İrəvan-Bakı arasında ikitərəfli danışıqlara hörmət etməlidir. Paşinyan daha çox bunu vurğulamaq istəyir. Rusiyanın Azərbaycan və Ermənistana təzyiq üçün əlində heç bir əsas qalmayıb. Ermənistan Rusiyanın dəhlizə nəzarət məsələsindən israrla yapışıb, bölgəyə, sülh prosesinə etməsini istəmir. Bu, Azərbaycanın da maraqlarına uyğundur".

Aydın Baxış


SON XƏBƏRLƏR

02 Sentyabr 2025