• Bakı 30° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9879

    RUB - 2.1122

Yeni Dehlinin vetosu Hindistanın özünü çətin vəziyyətə salır

DÜNYA

03 Sentyabr 2025 | 10:09

Yeni Dehlinin vetosu Hindistanın özünü çətin vəziyyətə salır

“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən növbəti sammitində fəal iştirakı və baş tutan görüşlər çox əhəmiyyətlidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Əli Oruclu deyib.

Onun sözlərinə görə, bu, həm də böyüyən iqtisadiyyata, böyük bazara və zəngin resurlara malik məkana səmərəli çıxış imkanları qazandırır. Müsahibimiz bildirib ki, Azərbaycan Qlobal Şərq və Qlobal Qərb arasında körpü rolu oynamaqla birləşdirici fuknksiyasını və beynəlxaql tranzit imkanlarını bir qədər də artırmış oldu:

“Hər iki qütb arasında şiddətli rəqabərin getdiyi indiki dönəmdə neytrallığını qoruması Bakının yürütdüyü xarici siyasətin uğurudur. Bu gün nəticə etibarı ilə Qərb üçün də, Şərq üçün də Azərbaycan eyni strateji tərəfdaş kimi qəbul edilir”.

Politoloq hesab edir ki, bu sammitdə Hindistanın Azərbaycanın ŞƏT-ə üzvülüyünü bloklaması qisasçılıqdan başqa bir şey deyil. Dediyinə görə, bu, Azərbaycanı təşkilatla genişvektorlu əməkdaşlığına xələl gətirə bilməz:

“Yeni Dehlinin bu addımı Hindistanın təşkilatın prinsiplərinə hörmətsiz yanaşdığını göstərir. Hindistan dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması istiqamətində addımların atılması istəmir. Bütün bunları özünün çılız qısaçılığına qurban verir".

Əli Oruclu: Hindistan nələri itirdiyinin fərqini sonradan anlayacaq

Siyasi şərhçi vurğulayıb ki, Hindistan onsuz da Azərbaycanın artan beynəlxalq nüfuzuna bu cür addımları ilə mane ola bilməyəcək:

"Bakı təşkilatın aparıcı gücü olan Çinlə strateji tərfdaşdır, digər üz dövlətlərlə də anoloji münasibətlər qurub. Yeni Dehli təkcə Azərbaycanın ŞƏT-ə üzvülüyünü bloklamadı, həmçinin dostu olan Ermənistanın da həmin quruma üzvlüyüə sədd çəkilməsinə səbəb oldu. Pakistan Hindistana cavab olaraq Ermənistanın təmsilçiliyinə veto qoydu. Beləliklə, Cənubi Qafqaz kimi geostrateji regionun geniş imkanlarında ŞƏT-i kənarda saxladı”.

Həmsöhbətimiz bildirib ki, Hindistanın qərəzli və cılız hərəkərlərindən əlbəttə təşkilat məmnun qalmadı və ümumi maraqalara bunun zərər vurduğunun fəqrində oldu:

“Hesab edirəm ki, Hindistan Cənubi Qafqazdan, o cümlədən Azərbaycan üzərindən keçən qlobal layihələrdə, nəqliyyat- kommunikasiya, logistika xətlərində öz işini bununla çətinə saldı. Nəzərə almaq lazımdır ki, bütün Qərb-Şərq, Şimal-Cənub nəqliyyat xətləri Azarbaycandan keçir və Azərbaycan nəqliyyat qovşağına çevrilir, o zaman Hindistanın nələri itirdiklərinin sonradan fəqrini anlayacaq. Pakistanla münasibətlərə görə seçim etmək Dehlinin ən böyük səhvidir. Qlobal arenada mühüm rol oynamaq və iddialı aktor olmaq üçün bu cür yanaşma tərzi Hindistanı digər rəqiblərinə qarşı zəif duruma salır".

Xatırladaq ki, Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb. Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləsə də, Hindistan Bakının tamhüquqlu üzvlük təklifinə "yox" deyib. Ekspertlərin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır. Çoxtərəfli diplomatiya prinsiplərinə və “Şanxay Ruhu“na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.

Qeyd edək ki, bunun ardınca Pakistan da Ermənistanın ŞƏT-ə üzvlüyünü blok edib. Pakistan Hindistanın Azərbaycanla bağlı hərəkətinə cavab olaraq belə bir addım atıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

02 Sentyabr 2025