• Bakı 17° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1087

Tramp və Zelenskinin bir saatlıq görüşü bitdi - YENİLƏNİB

DÜNYA

22 Yanvar 2026 | 19:40

Tramp və Zelenskinin bir saatlıq görüşü bitdi - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüş başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının sözçüsü Sergey Nikiforov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, prezidentlər təkbətək söhbət ediblər. Ümumilikdə görüş bir saatdan bir qədər çox davam edib.

Ukrayna Prezidentinin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin iki prezidentin görüşünü “yaxşı” kimi qiymətləndirib.

***16:26

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp arasında görüş başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat katibi Nikiforov bildirib.

Görüş Davosda keçirilir.


SON XƏBƏRLƏR

02 Aprel 2026