• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Dünyadakı ən böyük AES-in fəaliyyəti dayandı

DÜNYA

22 Yanvar 2026 | 17:42

Dünyadakı ən böyük AES-in fəaliyyəti dayandı

Yaponiya dünyanın ən böyük atom elektrik stansiyasının istismara verilməsindən bir gün sonra reaktorunu dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki,  Kaşivazaki-Kariva Atom Elektrik Stansiyasının 6 nömrəli reaktoru texniki nasazlıq səbəbindən işini dayandırıb.

Məlumata görə, problemin idarəetmə çubuqları və elektrik komponentlərində olduğu bildirilir.

Qeyd edək ki, stansiya Fukuşima qəzasından sonra ölkədə yenidən işə salınan 15-ci nüvə reaktorudur.

Əli Hüseynov


SON XƏBƏRLƏR