• Bakı 26° C

    7.23 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Zelenski Rutte ilə müzakirələr apardı

DÜNYA

21 Fevral 2026 | 17:36

Zelenski Rutte ilə müzakirələr apardı

Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO Baş katibi Mark Rutte arasında telefon danışığı olub. Tərəflər üçtərəfli sülh danışıqlarını müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında yazıb.

“Bütün əsas diplomatik məsələlərdə mövqelərimizi razılaşdırdıq. Sevinirəm ki, bir çox mövzuda baxışlarımız bir-birinə uyğun gəlir. Amerikayla və Rusiyayla növbəti üçtərəfli formatın hazırlanması barədə danışdım və tərəflərin mövqelərində ola biləcək dəyişikliklər haqqında bildiklərimizi paylaşdım”, - o bildirib.

Bundan əlavə, Zelenski Rutte ilə energetika məsələlərini və PURL proqramı üzrə işləməyin vacibliyini müzakirə etdiklərini qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyul 2026