• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bəşər Əsəd rejiminin generalı SAXLANILDI

DÜNYA

22 Yanvar 2026 | 19:08 | Müəllif: Subhan Mahmudov

Bəşər Əsəd rejiminin generalı SAXLANILDI

Bəşər Əsəd rejiminin keçmiş generalı saxlanılıb.

Bakıvaxtı.az  xəbər verir ki, SANA xəbər agentliyinin Suriya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, sözügedən general 2010-cu ildən 2014-cü ilə qədər Hərbi Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışmış general-mayor Rateb Əli Qanemidir.

Nazirlik aydınlaşdırıb ki, hərbi təhlükəsizlik üzrə rəis müavini təyin olunmazdan əvvəl Qanemi keçmiş prezident Bəşər Əsədin birbaşa əmri ilə Haseke şəhərində Hərbi Təhlükəsizlik İdarəsinə rəhbərlik edib.

Müstəntiqlərin fikrincə, bu dövrdə o, etirazların yatırılmasında, işgəncələrin tətbiqində və mülki əhaliyə qarşı digər cinayətkar metodlarda fəal iştirak edib ki, bu da fundamental insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına gətirib çıxarıb.

Əsəd rejiminin devrilməsindən sonra generalın YPG/SDF silahlı qruplarına qoşulduğu güman edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026