Qlobal siyasətdə dünya tədricən Ankaranın illərdir xəbərdarlıq etdiyi reallığa yaxınlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün Davosda keçirilən Dünya İqtisadi Forumunda fəal müzakirə olunan məsələlər və böhranlar Türkiyə tərəfindən beynəlxalq platformalarda çoxdan qaldırılıb. Hazırkı hadisələr Ankaranın mövcud qlobal idarəetmə sisteminə qarşı uzun müddətdir ifadə etdiyi tənqidlərin doğruluğunu açıq şəkildə təsdiqləyir”, - o bildirib.
Bakı 




