• Bakı C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Bu qəsəbədə 3000 abonentin qazı kəsiləcək

CƏMİYYƏT

22 Yanvar 2026 | 14:52

Bu qəsəbədə 3000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Bakıvaxtı.az-a verilən məlumata görə, qəsəbə ərazisində 108 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar yanvarın 22-də 15:30-dan etibarən qəsəbədə təxminən 3000 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir-bərpa işləri başa çatdırıldıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.


SON XƏBƏRLƏR

10 Mart 2026