• Bakı 17° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Cəbrayılda açıq ərazidə yanğın baş verib

CƏMİYYƏT

21 Fevral 2026 | 12:36 | Müəllif: Zeynəb Rzayeva

Cəbrayılda açıq ərazidə yanğın baş verib

Cəbrayıl rayonunda açıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə rayonun Cocuq Mərcanlı kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 0.7 ha sahədə kol-kos və quru ot yanıb.

    Ətraf ərazilər yanğından mühafizə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026