• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Bu ölkədə silahlılar 11 polisi öldürdü

DÜNYA

22 Yanvar 2026 | 17:16

Bu ölkədə silahlılar 11 polisi öldürdü

Burkina Fasonun şərqində qeyri-qanuni silahlı qruplaşmanın hücumu nəticəsində azı 11 polis ölüb.

Bakıvaxtı.az xəbər verir ki, yüzlərlə yaraqlının ölkənin Qourma əyalətinin Balqa rayonunda asayiş nəzarətçilərinə hücumu 7 polisin ölümü ilə nəticələnib. Digər 4 qanun keşikçisi isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Afrikanın Sahel bölgəsində yerləşən Burkina Faso 2015-ci ildən vaxtaşırı “Əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan silahlı qruplaşmaların hücumları ilə üzləşir.
 


SON XƏBƏRLƏR