• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirildi

SİYASƏT

22 Yanvar 2026 | 17:45

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirildi

Bakıda Türkiyənin İzmir şəhərində yerləşən NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən "Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik" mövzusunda kurs keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycanın Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün "Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı"na əsasən baş tutub.

Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan kursun əsas məqsədi hərbi qulluqçuların rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində nəzəri və praktiki biliklərinin artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.

Kurs ərzində hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən "Rabitə təminatı", "İnformasiya texnologiyaları", "Kibertəhlükəsizlik" və digər mövzularda brifinqlər təqdim edilib, nəzəri və praktiki məşğələlər təşkil olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.


SON XƏBƏRLƏR