• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Bakıda ər boşanmaq istəyən arvadını qətlə yetirdi – TƏFƏRRÜAT

HADİSƏ

22 Yanvar 2026 | 17:25

Bakıda ər boşanmaq istəyən arvadını qətlə yetirdi – TƏFƏRRÜAT

“Acun Medya”nın Baş Koordinatoru Esat YontunçBakının Xəzər rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Qırx yaşlı Günel Tapdıq qızı Abbasova çalışdığı “Oba” marketdən çıxıb bacısının evinə gedirmiş. Bu zaman əri, 1989-cu il təvəllüdlü Firuz Akif oğlu Qasımov onun qarşısını kəsib.

Firuz Qasımov boşanmaq üçün məhkəməyə verdiyi ərizəyə görə ona irad tutub. Qadın boşanacağını deyib. Bundan hiddətlənən Firuz həyat yoldaşının sinəsinə 14 bıçaq zərbəsi vurub.

Qadın hadisə yerində ölüb.

Qeyd edək ki, onların birgə nikahdan iki yeniyetmə övladı var. Hadisə günü isə övladlar nənəsinin yanında, yəni Biləsuvar rayonunda olublar. Günel Abbasova bir aydır ki, yoldaşından uzaqlaşıb bacısının evində yaşayırmış.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Firuz Qasımov saxlanılıb.


SON XƏBƏRLƏR