Bakıda avtobus qəzası olub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu, Səməd bəy Mehmandarov küçəsində qeydə alınıb . Belə ki, hərəkətdə olan "Kung long" markalı, 40 nömrəli, 77-JV-408 dövlət qeydiyyat nişanlı avtobus "İsuzi" markalı, 105 nömrəli, 77-JU-436 dövlət qeydiyyat nişanlı avtobus ilə toqquşub.
Hadisə şahidlərinin Bakıvaxtı.az-a bildirdiyinə görə, 40 nömrəli marşrut dayanacaqdan hərəkət edən zaman 105 nömrəli marşrut onun qarşısına keçib.
Hadisə nəticəsində sərnişinlərdən xəsarət alan olmayıb.
Zeynəb Rzayeva
Bakı 






