• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

DİN əməliyyat keçirdi, 46 kq marixuananı satmaq istəyənlər həbs olundular - VİDEO

CƏMİYYƏT

22 Yanvar 2026 | 19:21

DİN əməliyyat keçirdi, 46 kq marixuananı satmaq istəyənlər həbs olundular - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını təşkil edən 32 yaşlı Anar Əhmədov, eləcə də 25 yaşlı Əli Seyidzadə saxlanılıblar.

Bakıvaxtı.az xəbər verir ki, onlardan ümumilikdə 46 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. 

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

 


SON XƏBƏRLƏR