• Bakı C

    9.38 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Kərə yağı istehsalı 13%-dən çox azaldı

CƏMİYYƏT

21 Fevral 2026 | 16:28

Kərə yağı istehsalı 13%-dən çox azaldı

Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% azalıb.

    Yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.

    Həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib.

    Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə şirələri, 11 min 433,5 ton meyvə-tərəvəz konservləri, 6,4 min ton qida duzu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq, 44,5%, 8,2%, və 11,1% azdır.

    Qeyd edək ki, 2025-ci ildə ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.


    SON XƏBƏRLƏR

    20 Fevral 2026