• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Biləsuvarın bir hissəsində qaz olmayacaq

CƏMİYYƏT

22 Yanvar 2026 | 15:33

Biləsuvarın bir hissəsində qaz olmayacaq

Sabah Biləsuvar şəhərinin bir hissəsinə qazın verilişi dayandırılacaq .

Bakıvaxtı.az xəbər verir ki, Biləsuvar şəhəri T.İsmayılov küçəsində quraşdırılmış qaz tənzimləyicisinin şəhərin Təyyarə Meydanı ərazisində quraşdırılmış QSQO-800 tipli qaz tənzimləyicisi ilə yeri dəyişdiriləcək.

Bu məqsədilə aparılacaq işlərlə əlaqədar şəhərin S.Vurğun, B.Abbasov, A.M.Hüseyn, Ş.Qurbanov, Xəqani, Nizami və M.İbrahimov küçələrinin bir hissəsində, həmçinin Təyyarə Meydanı adlanan yaşayış massivində yerləşən abonentlər daxil olmaqla, ümumilikdə 800-ə yaxın abonentin qaz təchizatının yanvarın 23-də saat 14:00-dan etibarən işlər yekunlaşanadək dayandırılması planlaşdırılır.


SON XƏBƏRLƏR