• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Şəhərlərdə və kəndlərdə kommunal xidmətlərin qiymətlərinin fərqli olması təklif edildi 

CƏMİYYƏT

22 Yanvar 2026 | 17:33

Şəhərlərdə və kəndlərdə kommunal xidmətlərin qiymətlərinin fərqli olması təklif edildi 

Azərbaycanda şəhərlərdə və kəndlərdə yaşayan şəxslərin kommunal xidmətlərə görə ödədiyi vəsaitin məbləğində fərq olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Eldar İbrahimov bildirib.

"Camaat kənddən şəhərə niyə gəlir? Çünki kənddə yaşayan adamla şəhərdə yaşayan adamın işığa, qaza, suya görə ödədiyi pul eynidir. Halbuki, kənddə az olmalıdır, çünki orada yaşayanlar şəhər sakinlərindən fərqli olaraq zavodda işləyib maaş almırlar", - deyə o qeyd edib.


SON XƏBƏRLƏR