• Bakı C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Avropada nüvə silahları inkişaf etdiriləcək

DÜNYA

22 Yanvar 2026 | 13:36

Avropada nüvə silahları inkişaf etdiriləcək

ABŞ ilə siyasi fikir ayrılıqları fonunda Avropa ölkələri nüvə arsenallarını gücləndirmək və öz nüvə silahlarını inkişaf etdirmək variantlarını nəzərdən keçirirlər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə NBC avropalı rəsmilərə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Avropa ölkələri ABŞ-nin onları nüvə təhdidlərindən qorumaq öhdəliyini şübhə altına aldığı üçün nüvə arsenallarını gücləndirməyin yollarını axtarırlar. Nüvə silahına sahib olmayan Avropa ölkələri də öz növbəsində Böyük Britaniya və Fransanın arsenallarına etibar etmək, yoxsa öz silahlarını inkişaf etdirmək barədə qərar verirlər. 

Aynur Babazadə


SON XƏBƏRLƏR