• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

52 yaşlı kişinin meyiti tövlədə tapıldı

HADİSƏ

22 Yanvar 2026 | 16:57

52 yaşlı kişinin meyiti tövlədə tapıldı

Lənkəranda kişi meyiti tapılıb.

Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Osakücə kəndində qeydə alınıb.

1974-cü il təvəllüdlü Ülvi Abdulla oğlu Bayramovun meyiti yaşadığı evin həyətindəki tövlədə tapılıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ü.Bayramov Birinci Qarabağ müharibəsi iştirakçısı olub.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026