• Bakı C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

“Qarabağ”ın Liverpula gedəcəyi tarix bəlli oldu

İDMAN

22 Yanvar 2026 | 18:15

“Qarabağ”ın Liverpula gedəcəyi tarix bəlli oldu

UEFA Çempionlar Liqasının əsas mərhələsində İngiltərədə "Liverpul"la üz-üzə gələcək "Qarabağ"ın səfər proqramı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, komanda yanvarın 26-da günorta saatlarında İngiltərəyə yollanacaq. Qurban Qurbanovun mətbuat konfransı isə 1 gün sonra baş tutacaq.

Sözügedən matç üçün “Qarabağ” azarkeşlərinə 1250 yer ayrılıb.

Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda "Qarabağ"ı qəbul edəcək. “Enfild” stadionunda baş tutacaq qarşılaşma yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə 00:00-da start götürəcək.


SON XƏBƏRLƏR