• Bakı C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

Çelik karyerasını "Yuventus"da davam etdirəcək

İDMAN

21 Fevral 2026 | 00:42

Çelik karyerasını Yuventusda davam etdirəcək

"Roma" ilə müqaviləsi yayda başa çatacaq Zeki Çelik klubu tərk edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "La Stampa" məlumat yayıb.

Məlumata görə, "Roma" Zekinin illik 4 milyon avro maaş tələbini qəbul etməyib və tərəflər razılığa gələ bilməyiblər. 29 yaşlı sağ cinah müdafiəçisinin karyerasını Juventusda davam etdirəcəyi bildirilir. "Ağ-qaralar" yayda azad agent statusunda olacaq təcrübəli oyunçu ilə artıq razılıq əldə edib.

Qeyd edək ki, "Roma" Zeki Çeliki 2022-ci ilin yayında Lilledən 7,4 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm "canavarlar"ın heyətində 31 rəsmi matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR

20 Fevral 2026