• Bakı C

    7.93 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi

İDMAN

21 Fevral 2026 | 15:12

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi

UEFA İntizam Komitəsi “Qarabağ” klubunu 17500 avro cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb azarkeşlərin UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunda səsləndirdiyi şüarlar olub.

Belədə, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimələnib. Bundan əlavə, “Qarabağ”ın bilet nəzarəti qaydalarını da pozduğu bildirilir.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.


SON XƏBƏRLƏR

20 Fevral 2026