"Macarıstanın Qəzza zolağını idarə edəcək "Sülh Şurası"na qoşulması heç bir maliyyə öhdəliyi daşımayacaq".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin ofisinin rəhbəri Gergeli Qulyas jurnalistlərlə görüşündə bildirib.
O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi yeni beynəlxalq qurumda daimi statusun müraciət edənlərə 1 milyard dollara başa gələcəyi ilə bağlı məlumatlara münasibət bildirib.
"Dünənki iclasında hökumət Baş nazirə Macarıstanın "Sülh Şurası"nda iştirakını təmin etmək səlahiyyəti verdi. Buna uyğun olaraq, Baş nazir bu gün Davosda bu barədə saziş imzalayacaq. Hökumətin bu məsələ ilə bağlı qərarı mediaya açıqdır və biz aydınlaşdırmaq istərdik ki, bu, heç bir maliyyə öhdəliyi daşımır", - deyə Qulyas bildirib.
Daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban Trampdan Qəzza ilə bağlı "Sülh Şurası"na qoşulmaq üçün dəvət aldığını açıqlamışdı.
Əli Hüseynov
Bakı 




