• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Yolların xətlənməsi 36,7 milyon manata başa gələcək

CƏMİYYƏT

22 Yanvar 2026 | 15:49

Yolların xətlənməsi 36,7 milyon manata başa gələcək

Azərbaycan ərazisində yolların xətlənməsi üçün 36,7 milyon manat vəsait ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müsabiqə elan edib.

Müsabiqənin qalibi olacaq şirkət mövcud xətlərin silinməsi, yolların boyadan qabaq dərmanlı su ilə yuyulması, soyuq və termoplastik boya ilə düz xətlərin çəkilməsi və s. işləri görəcək.

Tenderin ehtimal olunan qiyməti 36 milyon 795 min 293,87 manatdır.

Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi martın 5-nə təyin olunub.


SON XƏBƏRLƏR