• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Avropada qazın qiyməti REKORD HƏDDƏ

DÜNYA

22 Yanvar 2026 | 15:01

Avropada qazın qiyməti REKORD HƏDDƏ

Avropada qazın qiyməti 2025-ci ilin mart ayından bəri ilk dəfə min kubmetr üçün 500 dollar həddini keçib.

Bakıvaxtı.az xəbər verir ki, rekord qiymət artımını Londonun ICE birjasındakı ticarət məlumatları təsdiqləyir.

Niderlandda TTF mərkəz indeksi üzrə yanacağın qiyməti bazar açılandan bəri dörd faiz artıb. Fevral ayı üçün çatdırılma ilə füçerslər ən yüksək həddə min kubmetr üçün 505 dollar və ya meqavat-saat üçün 41.815 avroya çatıb.

Qaz qiymətləri şaxtalar və yeraltı anbarlardakı ehtiyatların tükənməsi fonunda artır.

"Gas Infrastructure Europe"un məlumatına görə, Avropa qış qaz ehtiyatlarının üçdəikisindən çoxunu istifadə edib. 18 yanvar tarixinə Avropanın yeraltı qaz anbarlarındakı (UGS) qazın həcmi 49.8 faizə düşüb. Bu qış mövsümü başlayandan 33.8 milyard kubmetr qaz istifadə olunub ki, bu da istilik mövsümünə hazırlıq məqsədilə yeraltı anbarlara vurulan qazın böyük hissəsini (67.5 faizini) təşkil edir.


SON XƏBƏRLƏR