• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Robotik cərrahiyyədə məsuliyyət həkimin üzərindədir

CƏMİYYƏT

22 Yanvar 2026 | 16:27

Robotik cərrahiyyədə məsuliyyət həkimin üzərindədir

Robotik cərrahiyyə əməliyyat zamanı risklərin azaldılması və daha yüksək effektiv nəticələrin əldə olunması baxımından mühüm üstünlüklərə malikdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov media nümayəndələri üçün təşkil olunan brifinqdə deyib.

İcraçı direktor çıxışında bildirib ki,  robotik cərrahiyyənin tətbiqi hər bir pasiyent üzrə ayrıca qiymətləndirilir və bu zaman xəstənin klinik vəziyyəti, analitik göstəriciləri və əməliyyatın məqsədi əsas götürülür.

Vüqar Qurbanov vurğulayıb ki, robotik sistem müstəqil şəkildə tibbi qərar qəbul etmir və bütün qərarlar yalnız həkimlər tərəfindən verilir. Robotik cərrahiyyənin əsas üstünlükləri isə əməliyyat zamanı qanaxma riskinin azalması, toxumalara minimal travma verilməsi və prosesin yüksək dəqiqliklə idarə olunmasıdır.

O qeyd edib ki, bir çox hallarda robotik cərrahiyyə ilə əldə olunan nəticələr klassik və açıq cərrahi üsullarla müqayisədə daha effektiv olur. Bu üstünlüklər xüsusilə onkoloji xəstəliklər zamanı şiş toxumalarının çıxarılması ilə bağlı əməliyyatlarda daha aydın şəkildə özünü göstərir. Bununla belə, son qərarın hər zaman həkimlər tərəfindən verildiyi xüsusi olaraq vurğulanıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR