• Bakı C

    4.71 m/s

  • USD - 1.7

    EUR - 1.9875

    RUB - 2.2139

Robotik əməliyyatlarda uzaqdan idarəetmə riskləri açıqlanıb

CƏMİYYƏT

22 Yanvar 2026 | 16:51

Robotik əməliyyatlarda uzaqdan idarəetmə riskləri açıqlanıb

Robotik cərrahiyyədə əməliyyatın uzaqdan idarə olunması yalnız texniki və tibbi baxımdan təhlükəsizliyin tam təmin edildiyi hallarda mümkündür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına dair brifinqdə deyib.

Onun sözlərinə görə, belə əməliyyatlar zamanı risklər əvvəlcədən qiymətləndirilir və hər hansı fövqəladə vəziyyət üçün alternativ mexanizmlər mövcuddur.

Eldar Əhmədov qeyd edib ki, texniki nasazlıq, internet bağlantısında kəsinti və ya digər gözlənilməz hallar baş verdikdə sistem avtomatik olaraq yerli rejimə keçir və əməliyyat birbaşa cərrah tərəfindən davam etdirilir. O vurğulayıb ki, bu cür vəziyyətlərdə pasiyentin həyatı üçün əlavə risk yaranmır.

Direktor müavini əlavə edib ki, bütün robotik əməliyyatlar həkimin tam nəzarəti altında həyata keçirilir və sistem müstəqil qərar qəbul etmir. Hər hansı texniki problem yaranarsa, əməliyyat dərhal klassik üsulla davam etdirilə bilər:

“Mümkün texniki nasazlıqlar və onların nəticələri ilə bağlı məsuliyyət və kompensasiya məsələləri mövcud qanunvericilik və tibbi sığorta mexanizmləri çərçivəsində tənzimlənir. Bu baxımdan pasiyentlərin hüquqları tam qorunur və əlavə risklər nəzərdə tutulmur”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR