"Bu gün Azərbaycanda qrip virusunun yayılmasında artım müşahidə olunur".
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk dəfə icra olunan robotik cərrahi əməliyyata dair brifinqdə deyib.
V.Qurbanov onu da qeyd edib ki, TƏBİB tabeli müəssisələrdə bu günə qədər qrip səbəbindən durumu ağırlaşan xəstə hələ ki olmayıb.
İcraçı direktorun sözlərinə görə, qrip virusu ştammı daim dəyişir:
"Qripdən ən gözəl müdafiə üsulu qrip əleyhinə vaksin olunmaqdır. Hazırda bizim xəstəxanalarımızda qripə dair müraciətlər çoxdur".
Zeynəb Rzayeva
Bakı 




