Bugün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım sanitariya-epidemioloji qaydalar haqqında olacaq.
Bakıvaxtı.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirlidir.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Kamil müəllimə ünvanlaya bilərsiniz.