• Bakı 29° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Bəhruz Səmədovun apellyasiya şikayəti təmin edilmədi

HADİSƏ

03 Sentyabr 2025 | 15:37

Bəhruz Səmədovun apellyasiya şikayəti təmin edilmədi

Dövlətə xəyanətdə təqsirləndirilən Bəhruz Səmədovun cinayət işi üzrə qəbul olunmuş məhkəmə qərarından verilmiş apellyasiya şikayəti əsasında keçirilən məhkəmə prosesi başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, Report-un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə onun şikayəti təmin edilməyib. 

Bəhruz Səmədovun barəsindəki hökm dəyişdirilmədən saxlanılıb. 

Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bəhruz Səmədov ötən ilin avqustun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. 

O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur.

Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.


SON XƏBƏRLƏR