• Bakı 19° C

    4.5 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.0763

Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlanıb

HADİSƏ

03 Oktyabr 2025 | 11:15

Xaçmaz sakinindən 11 kiloqram marixuana aşkarlanıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 59 yaşlı Nurməhəmməd Məmmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, onun üzərindən və gizlətdiyi yerdən ümumilikdə 11 kiloqram narkotik vasitə olan marixuana aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədovun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

02 Oktyabr 2025