• Bakı 20° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.0614

Naxçıvanda evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

HADİSƏ

03 Oktyabr 2025 | 14:38

Naxçıvanda evdən 6330 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Naxçıvanda evdən evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Naxçıvan şəhərində yerləşən fərdi yaşayış evlərinin birindən 6330 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş, 28 yaşlı Tale Budaqov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR