“Instagram” sosial şəbəkəsinin sahibi “Meta” yeni “Picture-in-Picture” (PiP) funksiyasını sınaqdan keçirməyə başlayıb.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, bu, istifadəçilərə tətbiqi bağladıqdan sonra belə, cihazlarında üzən pəncərədə Reels videolarına baxmağa davam etməyə imkan verəcək .
Qeyd olunub ki, "Instagram" artıq bəzi istifadəçilərə yeni funksiyanı sınaqdan keçirmək imkanı təklif edir.
Bu funksiyanın bütün istifadəçilər üçün nə vaxt yayılacağı barədə məlumat verilməyib.
Mina Mikayılova