Böyük Britaniya Axmat Kadırov Fonduna, eləcə də Çeçenistan lideri Ramzan Kadırovun anası Aimaniyə qarşı sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə krallıq hökumətinin saytında məlumat verilib .
Məlumata əsasən, sanksiya siyahısına Rusiyanın "Birincilər Hərəkatı" və "Qələbə Könüllüləri" ictimai hərəkatları daxil edilib.
Xatırladaq ki, iyul ayında Böyük Britaniya kiberhücumlarda iştirakda şübhəli bilinən 18 Rusiya vətəndaşına və bir təlim mərkəzinə sanksiya tətbiq edib. Sanksiya tətbiq olunan təşkilatlara 161-ci Mütəxəssis Tədris Mərkəzi (STC) və Afrika Təşəbbüsü QHT daxildir. Sanksiyalar Viktor Lukvenko, Anna Zamarayeva və Artem Kureyev də daxil olmaqla, bir sıra şəxslərə də təsir edib.
Gülşən Şərif