• Bakı 29° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Çin maşınlarına MARAQ ARTIR: Səbəb təkcə qiymət deyil...

CƏMİYYƏT

03 Sentyabr 2025 | 15:40

Çin maşınlarına MARAQ ARTIR: Səbəb təkcə qiymət deyil...

Uzun müddətdir ki, Azərbaycanda taksi xidmətində daha çox "Toyota Prius"lardan istifadə olunurdu. Hətta gün ərzində şəhərdə qarşılaşdığımız avtomobillərin sayının yarısından çoxunun "Prius" olduğunu desək, yanılmarıq.

Bu isə "Prius"u yalnız taksi sürücülərinin deyil, digər sahələrdə çalışan insanların da marağını çəkdiyini göstərirdi. Buna baxmayaraq, əksər hallarda bu avtomobillə bağlı mənfi məlumat yayılırdı və tez-tez törətdiyi qəzalarla gündəmə gəlirdi. 

Son zamanlar isə sürücülər arasında "BYD" avtomobillərinə maraq artıb. Belə ki, Çin şirkəti bir anda dünyanın ən çox satın alınan avtomobil brendlərindən birinə çevrilib. Bu kontekstdə ölkəmizdə də "BYD" alanların sayında artım müşahidə olunur.

Maraqlıdır ki, "BYD"yə artan marağın səbəbi nədir? “Prius”, yoxsa “BYD” - hansı daha məsləhətlidir?

Nəqliyyat eksperti Yasin Mustafayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki,  "Prius"un sıradan çıxmasının səbəbi buraxılış ili ilə bağlıdır:

"Artıq "Toyota Prius"lar sıradan çıxıb və əvəzinə yeni avtomobillər gəlib. Köhnə "Prius"lar yalnız taksi xidmətində istifadə olunurdu. Taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinə qoyulan tələblərə cavab vermədiyinə görə "Prius"un köhnə modellərinin istifadəsi artıq mümkünsüzdür. Yeni "Prius"ların qiyməti isə çox bahadır və səmərəli deyil. Ona görə də taksi sürücüləri və taksi xidməti təklif edən şirkətlər "Changan" və "BYD" kimi avtomobilləri almağa üstünlük verirlər. Bu avtomobillərin qiyməti digər avtomobillərin qiyməti ilə müqayisədə çox ucuzdur, həmçinin qənaətcil və dözümlüdür. Bu üç parametr taksi fəaliyyətində ən mühüm meyar hesab olunur".

Yasin Mustafayev: Çin dünya bazarında avtomobil sənayesini təkbaşına əlinə alıb

Hazırda Çin avtomobillərinə artan marağın səbəbinə də toxunan Y.Mustafayev qeyd edib ki, indiki məqamda Çin dünya bazarında avtomobil sənayesini təkbaşına əlinə alıb.

"Çin istehsalı olan həmin avtomobillər hibrid və ya elektrik olduğu üçün demək olar ki, 70-80 faizə qədər qənaətcildir. Bu isə sürücülərin daha çox qazanc əldə etməsinə səbəb olur", - Yasin Mustafayev vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR