• Bakı 33° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

FHN-nin "kapitan Əliyev"i həbs edildi

HADİSƏ

03 Sentyabr 2025 | 14:57

FHN-nin kapitan Əliyevi həbs edildi

Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. 

Bakıvaxtı.az Qaynarinfo-ya istinadən xəbər verir ki, təqsirləndirilən Rəşad adlı şəxs əvvəllər FHN-də çalışıb. O, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin təsərrüfat sektorunda aparıcı məsələhətçi vəzifəsində işləyib. 

Şəki Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə mühakimə olunan təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyib. 

Rəşadın sözlərindən belə anlaşılır ki, onun dələduzluq əməliyyatında rolu yalnız aldadılmış vətəndaşlara zəng vuraraq vaxt qazanmaq olub. O, özünü zərərçəkmişlərə "kapitan Əliyev" kimi təqdim edib. 

Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Rəşad məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026