• Bakı 29° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

Yeni təyin edilən rektor Hamlet İsaxanlının qızıdır? - Özü AÇIQLADI

CƏMİYYƏT

03 Sentyabr 2025 | 15:58

Yeni təyin edilən rektor Hamlet İsaxanlının qızıdır? - Özü AÇIQLADI

Xəzər Universitetinə yeni rektoru Raziyə İsayeva ilə bağlı bir sıra iddialar yayılıb. 

Sosial şəbəkələrdə və mətbuatda onun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı olduğu iddia edilib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, Hamlet İsaxanlı iddiaları təkzib edib.

O bildirib ki, 15 ildir Xəzər Universitetinə təyin olunan rektorların hamısı xaricdən dəvət olunub.

"Birinci rektor Nyu-York Dövlət Universitetindən, ikinci Ohayodan, üçüncü isə Yeni Zelandiyadan gəlmişdi. Bu dəfə isə öz məzunumuzun namizədliyi üzərində dayandıq", - Hamlet İsaxanlı "Teleqraf"a açıqlamasında deyib.

Təsisçi qeyd edib ki, yeni rektor onun qızı deyil:

"O mənim qızım deyil, lakin qohumumdur və bunun məsələ ilə heç bir əlaqəsi yoxdur. Raziyə xanım əmim oğlunun qızıdır, qeyri-adi dərəcədə qabiliyyətli insandır. İndiyədək bu vəzifədə olanların heç biri mənim qohumum və ya tanışım olmayıb".


SON XƏBƏRLƏR