• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Zərdabda erkən evliliyə razılıq verən valideynlər cərimələnib - YENİLƏNİB

CƏMİYYƏT

03 Sentyabr 2025 | 14:33 | Müəllif: Əli Hüseynov

Zərdabda erkən evliliyə razılıq verən valideynlər cərimələnib - YENİLƏNİB

Zərdabda şadlıq saraylarından birində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, polis əməkdaşları məclisin keçirildiyi şadlıq sarayına gedərək qanunvericiliyə uyğun tədbirlər görüblər.

Araşdırmalarla bəyin 32, gəlinin isə 17 yaşında olduğu müəyyənləşib. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, bunun qanunvericiliklə qadağan olduğu izah edilib. Məclisin keçirilməsi isə təxirə salınıb.

Bundan əlavə, məclisin keçirilməsinə göz yuman şadlıq sarayının sahibi barəsində də inzibati qaydada protokol tərtib olunub və məsuliyyətə cəlb olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026