• Bakı 14° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Kamil Dəmirli: Təhlükəsizlik qaydalarına əməl infeksiyaların qarşısını alır

CƏMİYYƏT

03 Sentyabr 2025 | 15:14

Kamil Dəmirli: Təhlükəsizlik qaydalarına əməl infeksiyaların qarşısını alır

Mehmanxana və gözəllik salonlarında sanitar qaydalara əməl olunmalıdır

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş hüquqşünası Kamil Dəmirli bildirib.

O qeyd edib ki, ən çox şikayətlər mehmanxanalarda təmizlik və yataq dəstlərinin dəyişdirilməsi, gözəllik salonlarında isə sanitar normaların pozulması ilə bağlıdır.

Dəmirli bildirib ki, qaydalar otaqların dezinfeksiyasını, yataq dəstlərinin mütəmadi dəyişdirilməsini, salonlarda isə alətlərin ya birdəfəlik istifadəsini, ya da dezinfeksiyasını tələb edir. Dəriyə invaziv müdaxilələrin aparılması qadağandır və istifadə olunan kosmetik vasitələrin təhlükəsizliyini təsdiq edən sənədlər olmalıdır.

“Bu qaydalar infeksiyaların, o cümlədən hepatit kimi xəstəliklərin yayılmasının qarşısını almağa xidmət edir”, — deyə o vurğulayıb.

Maddi ziyanla bağlı məsələlərdə isə vətəndaşlar aidiyyəti qurumlara müraciət etməlidir.

Mina Mikayılova


SON XƏBƏRLƏR

20 Oktyabr 2025