• Bakı 29° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1074

İlham Əliyevin Çin səfəri: Bakı-Pekin münasibətlərində yeni mərhələ

CƏMİYYƏT

03 Sentyabr 2025 | 14:14

İlham Əliyevin Çin səfəri: Bakı-Pekin münasibətlərində yeni mərhələ

Azərbaycan və Çin arasında diplomatik əlaqələr ötən onilliklər ərzində qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində qurulub. Bu gün həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və hər iki ölkə üçün yeni imkanlar açır.

Prezident İlham Əliyevin avqustun 30-da Çinə işgüzar səfəri də məhz bu münasibətlərin daha da möhkəmlənməsinə və çoxtərəfli əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva  bildirib ki, səfərin başlıca məqsədi Azərbaycan-Çin münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində daha da möhkəmləndirilməsi idi. Onun sözlərinə görə, burada təkcə siyasi dialoq deyil, həm də iqtisadi, enerji, nəqliyyat və innovasiya sahələrində əməkdaşlıq əsas müzakirə mövzuları oldu. Görüşlərdə Azərbaycanın tranzit potensialı və Orta Dəhlizin rolu xüsusi vurğulandı. Bu, ölkəmizin regional və qlobal arenada mövqeyini daha da gücləndirən amildir.

Politoloq qeyd edib ki, bu səfər təkcə ikitərəfli əlaqələrin inkişafına deyil, həm də beynəlxalq müstəvidə yeni əməkdaşlıq imkanlarına yol açır:

“Çinin Azərbaycanın sülh təşəbbüslərini dəstəkləməsi regionda dayanıqlı sabitlik üçün mühüm siqnaldır. Eyni zamanda, ŞƏT çərçivəsində keçirilən görüşlər Azərbaycanın çoxtərəfli platformalarda fəallığını bir daha göstərdi. Bu, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir”.

Züriyə Qarayeva:  Səfər Azərbaycanın həm regional, həm də qlobal siyasətdə nüfuzunu artırır

Z.Qarayeva bildirib ki, enerji sahəsində, xüsusən də bərpa olunan enerji üzrə əməkdaşlıq diqqət mərkəzindədir. Nəqliyyat və logistika istiqamətində Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt limanı kimi layihələr Azərbaycanın tranzit mövqeyini daha da gücləndirəcək. Müsahibimiz vurğulayıb ki, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində də Çin şirkətləri ilə geniş razılaşmalar əldə olunub. Onun fikrincə, bu, qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirəcək.

“Səfər Azərbaycanın Cənubi Qafqazda sülh gündəliyinin beynəlxalq dəstək qazanmasına xidmət edir” deyən həmsöhbətimiz bildirib ki, Çin tərəfindən Vaşinqton Bəyannaməsinin dəstəklənməsi regionda əməkdaşlıq və sabitlik üçün əhəmiyyətli addımdır.

“Azərbaycan bu prosesdə etibarlı tərəfdaş kimi çıxış edir və regional əməkdaşlığın mərkəzində yer alır. Beləliklə, səfər Azərbaycanın həm regional, həm də qlobal siyasətdə nüfuzunu artırır”, - deyə Züriyə Qarayeva əlavə edib.

Zülfü Məmmədov


SON XƏBƏRLƏR