Çinin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan digər ölkələrlə ticarət dövriyyəsi 2024-cü ildə təxminən 512,4 milyard ABŞ dollarına çatıb ki, bu da illik müqayisədə 2,7 faiz çoxdur.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Çinin ticarət nazirinin müavini Lin Ji mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, ötən il Çin digər ŞƏT-ə üzv ölkələrdən təxminən 90 milyard dollarlıq xam neft, təbii qaz və kömür, həmçinin 13,66 milyard dollarlıq kənd təsərrüfatı məhsulları idxal edib.
2024-cü ildə digər ŞƏT üzv ölkələrindən enerji idxalı Çinin ümumi idxalının təxminən beşdə birini təşkil edib.
Gülşən Şərif