ABŞ prezidenti Donald Tramp Ağ Evin ticarət siyasətinin nəticələrindən əziyyət çəkən amerikalı fermerlərə yardım üçün 10 milyard dollar və ya daha çox vəsait ayırmağı düşünür.
Bakıvaxtı.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, Tramp komandası tariflərdən əldə edilən gəliri təsərrüfata yardım proqramının əhəmiyyətli hissəsini maliyyələşdirmək üçün istifadə edə bilər.
Bu proqram çərçivəsində vəsaitlərin bölüşdürülməsi yaxın aylarda başlaya bilər.
Vəsaitin kənd təsərrüfatı sənayesinin digər sahələri ilə yanaşı, xüsusilə soya istehsalçılarına kömək məqsədilə istifadə edilməsi planlaşdırılır.
Gülşən Şərif