Hindistanın ən böyük neft şirkəti "Indian Oil Corp" (IOC) Rusiya neftinin alışını bərpa edir.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, şirkət sanksiyalara məruz qalmayan tədarükçülərdən 5yük neft alıb.
Razılaşma Rusiyadan 3,5 milyon barel ESPO xam neftinin alınmasına aiddir. Bu isə ABŞ-nin Rusiya neftinin idxalını dayandırması üçün Hindistana təzyiqinin artmasına baxmayaraq, şirkətin alışları bərpa etməsi deməkdir.
BOK-un Baş Maliyyə Direktoru Anuj Jain bildirib ki, şirkət Rusiya neftini tədarüklər beynəlxalq sanksiyaları pozmadığı müddətcə almağa davam edəcək.
Gülşən Şərif
 Bakı
 Bakı 


