• Bakı 30° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Bakıda II Milli Rəqabət Forumu keçirilir

İQTİSADİYYAT

03 Oktyabr 2025 | 10:10

Bakıda II Milli Rəqabət Forumu keçirilir

Bakıda Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu işə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, forumda millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri iştirak edirlər.

Tədbirdə Dövlət Agentliyinin sədri Elnur Bağırovla yanaşı iqtisadiyyat naziri Mikayıl Cabbarovun, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışları nəzərdə tutulub.

Forum müasir rəqabət çağırışlarının müzakirəsində önəmli dialoq platforması kimi təqdim olunur. Tədbirdə rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onların ictimai faydası mövzusunda geniş fikir mübadiləsi aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026