Prezident Rəcəb Tayyib Ərdoğanın “Terrorsuz Türkiyə” məktubları 2000 şəhid və qazi ailəsinə çatdırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Anadolu" Agentliyindən məlumat verilib.
AK Partiya Qadın qollarının rəhbəri Tuğba Işık Ercan bildirib ki, məktublar şəxsən yazılıb və ailələrə xüsusi zərflərlə çatdırılır.
Proses çərçivəsində Qars, Ərdahan və Ədirnə də daxil olmaqla 81 vilayətdə ziyarətlər həyata keçirilir.
Bildirilib ki, ziyarətlər zamanı ailələrdən yüksək minnətdarlıq ifadə olunub və heç bir mənfi reaksiya qeydə alınmayıb.
Ercan vurğulayıb ki, məqsəd Türkiyəni terrorun təsirindən azad edib gənclərin gələcəyə qorxmadan baxmasını təmin etməkdir.
Əli Hüseynov