• Bakı 22° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bayram günlərində bu banklar işləyəcək

İQTİSADİYYAT

25 May 2026 | 16:33 | Müəllif: Əli Hüseynov

Bayram günlərində bu banklar işləyəcək

27 – 31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində işləyəcək Banklar , “Azərpoçt” MMC və Valyuta mübadilə məntəqələrinin siyahısı ilə hiperlinklər vasitəsilə tanış olmaq mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026