• Bakı 30° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

10 vaqon da buğda göndərildi - Ermənistana - YENİLƏNİB

İQTİSADİYYAT

23 Iyun 2026 | 18:45

10 vaqon da buğda göndərildi - Ermənistana - YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 10 vaqondan ibarət, çəkisi 700 ton olan buğda bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

***16:01

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda yola salınacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon buğda göndərilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    08 Avqust 2026