• Bakı 24° C

    8.81 m/s

  • USD - 1.7

    EUR - 1.9414

    RUB - 2.2998

2029-cu ilə qədər rəqəmsal avro istifadəyə veriləcək

İQTİSADİYYAT

24 Iyun 2026 | 15:09

2029-cu ilə qədər rəqəmsal avro istifadəyə veriləcək

Avropanın ödənişlərdə muxtariyyətini gücləndirmək və ABŞ dollarının dominantlığından asılılığını azaltmaq məqsədilə 2029-cu ilə qədər rəqəmsal valyutanın buraxılması gözlənilir.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin İqtisadi və Valyuta Məsələləri Komitəsi məlumat verib.

Məlumata əsasən, Komitə gözlənilən rəqəmsal avro layihəsini təsdiqləyib. Rəqəmsal avro Avropanın strateji muxtariyyətini gücləndirmək üçün tədbirlərdən biri kimi qəbul edilib. Bu, AMB tərəfindən buraxılan və dəstəklənən, nağd pul və mövcud bank xidmətlərini əvəz etmək üçün nəzərdə tutulmuş mərkəzi bank pulunun rəqəmsal forması olacaq.

Təklifə görə, istehlakçılar rəqəmsal avroları xüsusi elektron cüzdanda saxlaya biləcəklər. Xərc limiti hələ müəyyən edilməyib. Sistem həm onlayn, həm də oflayn ödənişləri dəstəkləyəcək və yüksək səviyyədə məxfilik təmin ediləcək.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Iyun 2026