• Bakı 19° C

    11 m/s

  • USD - 1.7

    EUR - 1.9746

    RUB - 2.3867

Ermənistanda Ramil Səfərovun əleyhinə qanun qəbul ediləcək

SİYASƏT

25 May 2026 | 16:09

Ermənistanda Ramil Səfərovun əleyhinə qanun qəbul ediləcək

Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində “Güclü Ermənistan” alyansı kampaniyasını sərtləşdirərək Azərbaycan vətəndaşlarının ölkədə daşınmaz əmlak almasının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi ilə çıxış edib.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, alyansın lideri Samvel Karapetyan Ajapnyakda tərəfdarları ilə görüşdə bildirib ki, hakimiyyətə gəldikləri təqdirdə hökumətin ilk iclasında “Səfərovun qarşısının alınması haqqında qanun” adlı layihəni qəbul etməyi planlaşdırırlar.

Karapetyanın sözlərinə görə, qanun Azərbaycan vətəndaşlarının və Azərbaycana məxsus hüquqi şəxslərin Ermənistan ərazisində torpaq,  daşınmaz əmlak əldə etməsini və ya bağışlanma yolu ilə qəbul etməsini tam şəkildə qadağan edəcək.

Alyansın siyahısında ikinci yerdə olan Aram Vardevanyan açıqlamasında bildirib ki, qanunvericilik paketi həm fiziki, həm də hüquqi şəxslərə şamil olunacaq:

“Azərbaycan vətəndaşlığına malik heç bir şəxs və ya şirkət Ermənistanda fəaliyyət göstərərək faydalı sahib kimi çıxış etdiyi halda, ölkədə hər hansı daşınmaz əmlak əldə edə bilməyəcək”.

Ermənistan Konstitusiyası xarici vətəndaşların torpaq mülkiyyəti hüququnu artıq məhdudlaşdırsa da, Vardevanyan hesab edir ki, daşınmaz əmlakla bağlı ayrıca qadağanın qanunda təsbitinə ehtiyac var.

O, həmçinin layihənin “Səfərovun qarşısının alınması haqqında qanun” adlandırılmasının səbəbini xatırladaraq, Macarıstanda NATO təlimləri zamanı erməni zabiti Qurgen Marqaryanı qətlə yetirən Azərbaycan zabiti Ramil Səfərovun adını çəkib.

Qeyd edək ki, Ermənistanda seçkiqabağı kampaniya 8 mayda başlayıb və 5 iyuna qədər davam edəcək. Ümumilikdə 19 siyasi qüvvə – 2 ittifaq və 17 partiya seçkilərdə iştirak üçün qeydə alınıb.

Murad İsmayıl


SON XƏBƏRLƏR